Çili Futbol Federasiyası CAS-a şikayət edib

Çili Futbol Federasiyası CAS-a şikayət edib

Çili Futbol Federasiyası FIFA-nın Ekvadov millisinin dünya çempionatında iştirakına icazə verməsi ilə bağlı qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. Yekun qərar noyabrın 10-dək qəbul olunmalıdır. Çili daha əvvəl Ekvador yığmasındakı Bayron Kastilyonun kolumbiyalı olduğunu bildirib və onun saxta pasportla oynaması barədə ali futbol qurumuna şikayət edib.
Qeyd edək ki, Ekvadov mundialdan kənarlaşdırılsa, onun əvəzinə Çili komandası yarışda iştirak edəcək.