Cokoviç haqqında sənədli film çəkiləcək 

Cokoviç haqqında sənədli film çəkiləcək 

21 qat Böyük Dəbilqə çempionu NovakCokoviç avtobioqrafik sənədli film buraxmağı planlaşdırıb. O, yeni kitab yazacağını da deyib. “Bəli, hazırda sənədli film üzərində işləyirəm. Həmin film bu yaxınlarda təqdim olunacaq. Dəqiq tarixini bilmirəm, amma ümid edirəm ki, bu, növbəti altı ay ərzində bu reallaşacaq. Kitab yazmaq planlarım da var. İlk kitabım “Qazanmağa xidmət et” əsasən pəhrizim, eləcə də karyeramın əvvəlində etdiyim dəyişikliklər haqqında idi. O, on il keçsə də, hələ də oxucular tərəfindən tələb olunur. Ona görə də yeni kitab da yazacağam”, - deyə N.Cokoviç qeyd edib.