Boksçumuz qitə çempionatının yarımfinalında

Boksçumuz qitə çempionatının yarımfinalında

Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçirilən Avropa çempionatında dörddəbir final mərhələsinin döyüşləri davam edir.

Azərbaycan millisinin heyətində yarımfinala gedən yolda rinqə əvvəlcə Anaxanım İsmayılova (50 kq) çıxıb. Boksçumuz Yaroslava Marinçukla (Ukrayna) üz-üzə gəlib. Gərgin keçən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

A.İsmayılova yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib. O, növbəti döyüşündə irlandiyalı Katlin Fryerslə qarşılaşacaq. Görüş oktyabrın 21-də olacaq.

Qeyd edək ki, dörddəbir finalda yığmamızın digər üzvü Şəhla Allahverdiyeva (66 kq) Yelena Yaniçiyeviçla (Serbiya) mübarizə aparacaq. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Darya Kozoresi (Moldova) sınağa çəkəcək.