Rinqdən birbaşa xəstəxanaya aparıldı

Rinqdən birbaşa xəstəxanaya aparıldı

Qazaxıstanlı boksçu Aydos Erbosınul kubalı Devid Morrilya ilə görüşdə ciddi zədə alıb. Noyabrın 5-də Minneapolisdə keçirilən görüşün 12-ci raundunda nokauta düşən Aydos ağır vəziyyətdədir. Boksçunun məşqçi köməkçisi Emmanuel Savoya bildirib ki, həmin görüş 9-cu raundda saxlanılmalı idi. Kəskin zərbələrə tuş gələn Aydosun etirazlara məhəl qoymaması vəziyyəti bu həddə çatdırıb. ​