Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı keçirilir

Atıcılıq üzrə “Zəfər Kuboku” yarışı keçirilir

Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə “Zəfər Kuboku” uğrunda yarışı keçirilir. İki gün davam edəcək turnirdə iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 metr məsafəyə pnevmatik tapança (kişilər və qadınlar) və pnevmatik tüfəngdən atəşaçma (kişilər və qadınlar) üzrə mübarizə aparırlar.
Yarış Bakı Atıcılıq Mərkəzində keçirilir.