Dieqo Simeonenin aqibəti necə olacaq?

Dieqo Simeonenin aqibəti necə olacaq?

Madrid "Atletiko"su baş məşqçisi Dieqo Simeoneni istefaya göndərilə bilər. Bu barədə jurnalist Nikolo Şkira özünün "Tvitter" hesabında yazıb. Madrid təmsilçisi son olaraq La Liqanın 14-cü turunda səfərdə "Malyorka"ya 0:1 hesabı ilə uduzub. Bildirilib ki, klub rəhbərliyi argentinalı mütəxəssislə yolları ayırmaq variantını nəzərdən keçirir. Rəhbərlik son 5 oyundur qalib gələ bilməyən komandanın nəticələrindən məyus olub. Qeyd edək ki, Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.​
Xatırladaq ki, Madrid təmsilçisi La Liqada hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb. Simeonenun rəhbərliyi altında komanda bu mövsüm ÇL-də qrupdan çıxa bilməyib və sonuncu olub.