Kriştianu Ronaldo “Mançester Yunayted”dən narazıdır

Kriştianu Ronaldo “Mançester Yunayted”dən narazıdır

“Mançester Yunayted”in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo klubun baş məşqçisi Erik Ten Haq ilə münasibətlərindən danışıb. 37 yaşlı hücumçu klubda özünü xəyanətə qalmış kimi hiss etdiyini açıqlayıb. 
“Erik Ten Haq hörmət etmirəm. Çünki o, mənə hörmətlə yanaşmadı. Əgər mənə hörmət etmirsənsə, mən də sənə hörmətlə yanaşmaram. “Mançester Yunayted” rəhbərliyi də məni klubdan yollamağa çalışdı. Təkcə baş məşqçi deyil, eləcə də klub rəhbərliyində 2-3 şəxs var ki, buna çalışdılar. Özümü xəyanətə məruz qalmış biri kimi hiss edirəm. Heç nə vecimə deyil. İnsanlar həqiqəti bilməlidirlər. Bəli, özümü xəyanət edilmiş biri kimi hiss edirəm. Burada bəzi şəxslərin məni klubda istəmədiyini hiss edirəm, sadəcə bu mövsüm deyil, hətta keçən mövsüm üçün də belə idi”. 
Ulduz futbolçu yenidən İngiltərə təmsilçisinin 
“Mançester Yunayted”ə gəldiyim vaxt ürəyimin səsini dinlədim. Ser Aleks Fergüssson mənə “Mançester Siti” klubuna keçidinin doğru olmadığını bildirdi. Mən də onun sözünü dinlədim. 
Klubda inkişaf sıfır vəziyyətində idi. Ser Aleks getdiyindən bəri, klubda heç bir yüksəliş görmədim. Heç nə dəyişməyib. Fergüsson klubun layiq olduğu doğru yolda olmadığını klubdakı hər kəsdən daha yaxşı bilir. Hətta hər kəs bilir. Bunu görməyən şəxslər bunu görmək istəmədiyi üçün görmürlər”, - deyə Kriştianu Ronaldo qeyd edib.