Azərbaycan çempionatının püşkü atılıb

Azərbaycan çempionatının püşkü atılıb

Bu gün "Hilton Hotel"də Minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib. Mərasimdə birinci turda üz-üzə gələcək komandaların adlarına aydınlıq gəlib. Püşkatmaya Azərbaycan Minifutbol Federasiyasının təsisçisi və fəxri prezidenti Orxan Məmmədov, prezidenti Taleh Nəsibov, "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov, futbolçusu Qara Qarayev, "Zirə"nin sükanı arxasında olan Rəşad Sadıqov, paytaxt klubunun müdafiəçisi Ruslan Abışov və Azərbaycan yığmasının sabiq üzvü Vaqif Cavadov da qatılıb.

Püşkə əsasən, birinci turunda “Aznur”-“Real” Bakı, “Sumqayıt”-“Bakı”, “Xəzər”-“Birbaşa Bakı”, “Qaradağ Lökbatan”-“Füzuli Ərgünəş”, “Dinamo Gəncə” - “Odlar Yurdu”, “Dəyirman”-“Dəmir Yumruq”, “Qarabağ”-“Galaxy Şuşa” və “Veteran”-“Zəngəzur” matçları oynanılacaq.

Qeyd edək ki, 1-ci və 2-ci yerləri tutan komandalar Çempionlar Liqasında, 3-cü yerin sahibi isə Avroliqada ölkəni təmsil edəcək.