“Barselona”lı futbolçu yerli vətəndaşı yaralayıb

“Barselona”lı futbolçu yerli vətəndaşı yaralayıb

“Barselona”nın futbolçusu Ansu Fati qəza törədib. İspaniya yığmasının hücumçusu avtomobili ilə motosikleti vurub. Hadisə Barselonada baş verib. Fati avtomobilini park edərkən yaxınlığından keçən motosikletçiyə dəyib. Zərərçəkəndə sınıq aşkarlanıb. Onu xəstəxanaya qədər müşayiət edən 20 yaşlı futbolçu qarşıdakı bir həftə ərzində onun durumu ilə maraqlanacağını vəd edib.
Qeyd edək ki, Ansu İspaniya millisinin Qətərdəki DÇ-2022-də iştirak edəcək yekun heyətində yer alıb.