PSJ “Tottenhem”ə xəbər göndərib

PSJ “Tottenhem”ə xəbər göndərib

“Tottenhem”in futbolçusu Son Hın Min karyerasını Fransada davam etdirə bilər. 
Cənubi koreyalı PSJ-nin maraq dairəsindədir. Liqa1 təmsilçisi 30 yaşlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır. Klubun prezidenti Naser El Xelaifi şəxsən bu keçiddə maraqlıdır. O, Qətərdəki DÇ-2022 zamanı futbolçu ilə görüşmək niyyətindədir. 
Qeyd edək ki, Sonun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.