“Atalanta” istəyinə nail oldu

“Atalanta” istəyinə nail oldu

Türkiyə millisinin heyətində dəyişiklik olub.Merih Demiral yığmaya dəvət edilənlər siyahısından çıxarılıb.
Buna səbəb mərkəz müdafiəçisinin klubu “Atalanta”nın tələbi olub. İtaliya klubu “İnter”lə qarşılaşmadan sonra Türkiyə Futbol Federasiyasına məktub göndərib. Onların tələbini nəzərə alan qurum Merihin yığmaya çağırılmamasını qərara alıb.
Qeyd edək ki, Türkiyə millisi yoldaşlıq görüşü çərçivəsində noyabrın 16-da Şotlandiyanı, üç gün sonra isə Çexiyanı qəbul edəcək.