Klub haqda açıqlama Ronaldoya baha başa gəldi 

Klub haqda açıqlama Ronaldoya baha başa gəldi 

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldonun "qırmızı şeytanlar"ın rəhbərliyi və baş məşqçisi ilə bağlı verdiyi açıqlama futbolçuya baha başa gəlib. Portuqaliyalı ulduz son açıqlamasına görə klub tərəindən pul cəzasına məruz qalıb. Superulduzun klubu tərəfindən 1 milyon funt sterlinq məbləğində cərimələnəcəyi bildirilir. 
Xatırladaq ki, K.Ronaldu "Talk TV"-yə müsahibəsində MY rəhbərliyinin ona xəyanət etdiyini, çətin dönəmdə dəstəkləmədiyini deyib. O, həmçinin komandanın niderlandlı çalışdırıcısı Erik ten Haqa hörmət etmədiyini də söyləyib.