Region Liqasının ilk turunun oyunları keçirildi

Region Liqasının ilk turunun oyunları keçirildi

Lerik rayonunda futbol üzrə Region Liqasının ilk turunun oyunları təşkil olunub.

Rayonun “Gənclik” stadionunda keçirilən qarşılaşma azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılanıb. İlk oyunda “Neftçala” Futbol Klubu ilə “Lerik” Futbol Klubu qarşılaşıb. Gərgin keçən mübarizədə tərəflərin cəhdlərinə baxmayaraq, hesab açılmayıb.

Qeyd edək ki, 6 komandanın iştirak etdiyi çempionatda “Xəzər Lənkəran 42” FK, “Qobustan” FK, “Neftçala” FK, “Ərkivan” FK (Masallı) “Zəfər 44” FK (Cəlilabad), “Lerik” FK komandaları iştirak edir.