Belçikalı futbolçu “Real”dan ayrılmaq istəmir

Belçikalı futbolçu “Real”dan ayrılmaq istəmir

İspaniyanın “Real” klubunun belçikalı futbolçusu Eden Hazar gələcək karyerası barədə danışıb. O, “Kral klubu”ndan ayrılmaq istəmədiyini bildirib. 
““Real Madrid”dən ayrılmaq istəmirəm. Lakin mundialdan sonra işlər dəyişə bilər. Oyunlara çıxmaq istəyirəm, lakin bu vəziyyətdə hər şeyə qərar verən baş məşqçi olur. Vəziyyətimi qəbul edirəm, lakin mundialda baş məşqçiyə daha çox oyun şansı əldə etməyə layiq olduğumu göstərmək istəyirəm. Oyunlara çıxmırsansa, işlər sənin üçün çox çətin olur", - deyə E.Hazar bildirib.