Haland üçün maraqlı təklif

Haland üçün maraqlı təklif

İngiltərənin 7-ci liqa klubu olan “Eşton Yunayted” klubunun rəhbərliyi “Mançester Siti”nin futbolçusu Erling Haland üçün rəsmi müraciət ünvanlayıb. Onlar oyunçunu 28 günlük icarəyə götürmək istəyir. 7-ci liqa təmsilçisi oyunçunun mundial ərzində formada qalması və həmçinin kluba kömək etməsini istədiklərini bildirib. Klub rıhbərliyi hesab edir ki, "şəhərlilər" mundial vaxtı rəsmi oyun keçirməyəcək. Norveç yığmasının da DÇ-2022-də iştirak etməyəcəyini nəzərə alan VII divizion klubu 22 yaşlı hücumçunun formada qalması üçün bu addımı atıb.