Hazard hind dostunu yığmaya gətirdi

Hazard hind dostunu yığmaya gətirdi

Futbol üzrə Belçika yığmasının heyətinə 48 yaşlı hindistanlı yoqa məşqçisi Vinay Menon cəlb olunub. Velnes-məşqçi mundial dövründə yığmanın futbolçularının bərpa prosesində yaxından iştirak edəcək.

Qeyd edək ki, Menonun futbol sahəsində çox illik təcrübəsi var. Belə ki, o bir müddət əvvəl Londonun «Çelsi» klubunda işləyib. O, klubun heyətində Eden Hazard, Romelu Lukaku və Mişi Batşuayi kimi futbolçuların sağlamlıq problemləri ilə yaxından məşğul olub. Məlumat üçün bildirək ki, yoqa mütəxəssisini Belçika yığmasına məhz Eden Hazard dəvət edib.