DÇ-2022: Qana millisi Qətərə formasız yollanıb

DÇ-2022: Qana millisi Qətərə formasız yollanıb

DÇ-2022-də iştirak edəcək Qana yığması Qətərə gedərkən forma aparmağı unudub. Hazırda formaların komandanın Qətərdəki bazasına göndərilməsi üçün planlar hazırlanır. Geyimlər yığmaya poçtla göndəriləcək. Lakin Qana Futbol Federasiyası formaların çempionatdakı ilk görüşə qədər çatmayacağından ehtiyatlanır.

Qeyd edək ki, Qana ilk oyununu noyabrın 24-də Portuqaliya millisinə qarşı keçirəcək.