DÇ-2022: «Bavariya» ilk pillədə qərarlaşıb

DÇ-2022: «Bavariya» ilk pillədə qərarlaşıb

Mundiala yollanan yığma komandaların heyəti müəyyənləşdikdən sonra hası klubun DÇ-2020-yə daha çox futbolçu göndərdiyi dəqiqləşib.

Siyahıda ilk pillədə Münhen «Bavariya»sı qərarlaşıb. Almaniya təmsilçisinin heyətindən mundiala 17 futbolçu yollanıb. Belə ki, Erik Şupo-Motinq (Kamerun), Alfonso Devis (Kanada), Yosip Ştanisiç (Xorvatiya), Lukas Ernandes, Dayo Upomekano, Benjamen Pavar, Kinqsli Koman (Fransa), Manuel Noyer, Leon Qoretska, Serj Qnabri, Leroy Sane, Camal Musiala, Yozua Kimmix, Tomas Müller (Almaniya), Nusair Mazrui (Mərakeş), Matteys de Liqt (Niderland), Sadio Mane (Seneqal) məhz Almaniya klubunun heyətində çıxış edirlər.

​ «Mançester Siti» və «Barselona» 16 eyni sayda futbolçu ilə təmsil olunur. «Mançester Yunayted»dən 14, Madrid «Real»ından isə 13 futbolçu DÇ-2022-də iştirak edir. Bundan başqa 10 fərqli klub öz futbolçusuna Qətərə yolnamağa imkan yaradıb.​ ​ ​ ​