«Bərbərə deyin ki, mənim saçımı ülgüclə kəssin»

«Bərbərə deyin ki, mənim saçımı ülgüclə kəssin»

«Barselona» və İspaniya yığmasının yarımmüdafiəçisi Pedri maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşməyə çalışıb. O, bildirib ki, «Qırmızı furya» dünya çempionu olsa, saçını dibindən ülgüclə kəsdirəcək.

«Əgər biz növbəti dəfə dünya kubokunu Madridə aparsaq, bərbərə deyin ki, mənim saçımı ülgüclə kəssin. Mən dünya çempionu olmaq istəyirəm. Mundialın başlanmasını səbirsizliklə gözləyirəm», - deyə Pedri «Marca» nəşrinə müsahibəsində bildirib.