"Təmtəraqlı vidalaşmadan xoşum gəlmir"

"Təmtəraqlı vidalaşmadan xoşum gəlmir"

İtaliya milli komandasının keçmiş qapıçısı Canluici Buffon yığmadakı karyerası ilə bağlı fikirlər bildirib. " Mən milli komandanın heyətində böyük uğurlara sahib olmuşam. Argentina ilə matçda milli komanda karyeramı başa vurdum. Təmtəraqlı vidalaşmadan xoşum gəlmir. Vaxt tamam olanda əlcəklərimi çixarmalı oldum. Belə yaxşıdır" - deyə Buffon La7 portalına bildirib.