Komandamız Salonikidən 1 qızıl və 1 bürünc medalla qayıdır

Komandamız Salonikidən 1 qızıl və 1 bürünc medalla qayıdır

Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr və gənclər arasında sambo üzrə dünya çempionatı başa çatıb.
Yarışın son günündə komandamız daha bir medal qazanıb. 56 kq çəki dərəcəsində yarışan Fuad Məmmədov (56 kq) həlledici mərhələdə Rusiya təmsilçisi Vladimir Alekseyevə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da komandamız Salonikidə iki medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl gənclər arasında keçirilən yarışda Pərviz Şükürov (68 kq) bürünc medal qazanmışdı.