Nazirlik dekabr ayı üçün reytinq cədvəlini açıqladı

Nazirlik dekabr ayı üçün reytinq cədvəlini açıqladı

Olimpizm xəbərləri

30.11.2022, 12:17

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 390 xalla üçüncü pillədəyer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR