Messidən yeni rekordlar

Messidən yeni rekordlar

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu Argentina millisinin kapitanı Lionel Messi üçün əlamətdar olub.

35 yaşlı forvard dünya çempionatlarındakı qolların sayına görə Braziliya yığmasının əfsanəvi hücumçusu Peleni geridə qoyub.

O, buna fransızlarla görüşdə dubla imza atmaqla nail olub. Hazırda hesabında 13 qol olan Messi, Jüst Fontenlə birgə 4-cü ən məhsuldar futbolçudur. Dünya çempionatlarında ən çox qol vuran futbolçular isə Miroslav Kloze (16), Ronaldo Nazario (15) və Gerd Müllerdir (14).

Ulduz futbolçu dünya çempionatlarında meydanda olduğu dəqiqələrin sayına görə isə İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini (2216 dəqiqə) geridə qoyub. Matçın startınadək Messidə bu göstərici 2194 dəqiqə olub. O, Fransa ilə görüşün 23-cü dəqiqəsində Maldininin rekordunu yeniləyərək, mütləq rekordçuya çevrilib.

Messi həmçinin final oyununa çıxmaqla uzun illərdir ki, Lotar Matteusa məxsus olan rekordu da yeniləyib. Almaniya millisinin sabiq üzvü mundiallarda 25 oyuna çıxmışdı. 35 yaşlı hücumçu Lionel Messi isə mundiallar tarixində ən çox oyun keçirən futbolçu olub (26).