Qətər-2022-nin ən yaxşıları

Qətər-2022-nin ən yaxşıları

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının ən yaxşıları müəyyənləşib.Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandes bu mundialın ən yaxşı gənc futbolçusu seçilib. Argentina yığmasının qapısını qoruyan Emiliano Martines DÇ-nin ən yaxşısı qapıçısı elan olunub.

Cənubi Amerika təmsilçisinin lideri və kapitanı Lionel Messi isə bu dünya çempionatının ən yaxşı oyunçusu mükafatını qazanıb.

Fransa yığmasının hücumçusu Kilian Mbappe isə dünya çempionatının bombardiri kimi mükafatlandırılıb. O, bu mundialda 8 qol vurmağa nail olub. İkinci yeri isə 7 qol vurmuş Lionel Messi tutub.