Qətərdə keçirilən futbol üzrə dünya çempionatında uğurlu çıxışı ilə yadda qalan Mərakeş millisi ölkəsində böyük hərarətlə qarşılanıb. Belə ki, Mərakeş kralı VI Məhəmməd Rabat şəhərindəki iqamətgahında yığma komandanın üzvlərini və onların analarını qəbul edib. Bundan başqa onları medalla mükafatlandırıb.