Mbappe Peleni qabaqladı

Mbappe Peleni qabaqladı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında het-trik edən Fransa millisinin hücumçusu Kilian Mbappe mundiallardakı qollarının sayını 12-yə çatdırıb. Bununla da o, Peleyə çatıb. Maraqlıdır ki, həm Pele, həm də Mbappe 12 qolu 14 oyunda vurub.

Mbappe qol sayına görə argentinalı Qabriel Batistuta, almaniyalı Yurgen Klinsman və ingiltərəli Qari Linekeri də geridə qoyub.

Kilian Mbappe həmçinin Ceff Herstdən sonra dünya çempionatının finalında het-trik edən ikinci futbolçu olub.