Rafael Nadal ən sevimli tennisçisi mükafatına layiq görüldü

Rafael Nadal ən sevimli tennisçisi mükafatına layiq görüldü

“Böyük dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi Rafael Nadal ATP (Peşəkar Tennisçilər Assosiasiyası) tərəfindən təsis edilən mövsümdə azarkeşlərin ən sevimli tennisçisi mükafatına layiq görülüb.

Mükafatı Roje Federer ardıcıl 19 il qazansa da, ispaniyalı tennisçi ilk dəfə bu kateqoriyada qalib elan edilib. Bunadək rusiyalı raketka ustası Marat Safin iki dəfə, braziliyalı Qustavo Kuerten isə bir dəfə bu mükafata yiyələniblər.