Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasda cari ilin yekunları müzakirə edilib, eyni zamanda 2023-cü ildəki tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Sonra MOK-un 30 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə verdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Mükafatları Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.