Ronaldo yenidən «Real»a qayıtdı

Ronaldo yenidən «Real»a qayıtdı

Madrid "Real"ının sabiq hücumçusu Kriştiano Ronaldonun oğlu İspaniya klubunun gənclər akademiyasına qayıdıb.

Bu haqda "La Razon" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 12 kiçik Kriştiano "Real"ın akademiyasında məşqlərə başlayıb. Bildirilir ki, o, 14 yaşadək futbolçulardan ibarət komandanın heyətində isə 20 matçda 50-dən çox qol vurub.

Qeyd olunur ki, kiçik Kriştiano atasının oynadığı klubların ("Real", "Yuventus" və "Mançester Yunayted") aşağı yaş qruplarında oynayıb.

Qeyd edək ki, noyabrda 37 yaşlı Kriştiano Ronado "Mançester Yunayted"lə müqaviləsinə xitam verib və hazırda azad agent statusundadır. Mətbuat Kriştianu Ronaldonun karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr"də davam etdirəcəyini yazıb.