“Səbail” klubunda yeni baş məşqçi

“Səbail” klubunda yeni baş məşqçi

“Səbail” futbol klubuna yeni baş məşqçi təyin olunub. Bu tanınmış futbol mütəxəssisi Şahin Diniyevdir. Təcrübəli mütəxəssislə 2023/2024-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ş.Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.