"Futbol kralı" ilə vida mərasiminin vaxtı müəyyənləşdi 

"Futbol kralı" ilə vida mərasiminin vaxtı müəyyənləşdi 

Braziiyalı əfsanəvi futbolçu Pelenin dəfn mərasimi yanvarın 3-də Santos şəhərində keçiriləcək. Bu barədə “Santos” klubunun saytı məlumat yayıb. Məlumata görə, vida mərasimi yanvarın 2-də yerli vaxtla saat 10:00-da olacaq. Əfsanəvi futbolçu dünyanın ən böyük şaquli qəbiristanlığında torpağa tapşırılacaq. Buradakı mərasimdə yalnız ailəsi və yaxın dostları iştirak edəcək. Qəbiristanlıq 30 mərtəbəli binadır.