“Real” İspaniya Superkubokunun finalına vəsiqə qazandı

“Real” İspaniya Superkubokunun finalına vəsiqə qazandı

Futbol üzrə İspaniya Superkubokunda ilk yarımfinalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki “King Fahd International Stadium” arenasında keçirilən oyunda Madridin “Real” klubu “Valensiya” ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. “Real”ın heyətində on bir metrlik cərimə zərbəsindən Benzema (39), “Valensiya”nın heyətində isə Lino (46) fərqləniblər.

Oyun heç-heçə başa çatdığından matçda əlavə vaxt oynanılıb. Lakin əlavə vaxtda da qapılara qol vurulmayıb və qalibi müəyyən etmək üçün penaltilər yerinə yetirilib. Burada daha dəqiq olan “Real” futbolçuları İspaniya Superkubokunun ilk finalçısı olublar.