“Sumqayıt”dan yeni transfer

“Sumqayıt”dan yeni transfer

“Sumqayıt” qış transfer pəncərəsi dövründə heyətini braziliyalı futbolçu ilə gücləndirib. Ukraynanın “Kolos” klubunun vingeri Dieqo Karioka “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb. 25 yaşlı oyunçu Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub. Karioka müqavilə müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, Dieqo Karioka, eyni zamanda, “Sumqayıt” tarixinin ilk braziliyalı futbolçusu olub. O, karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos”da (Ukrayna) çıxış edib.