Azərbaycan Premyer Liqası: Bu gün XIX tura yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Bu gün XIX tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. Son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq. İlk olaraq “Şamaxı” klubu “Səbail”i qəbul edəcək. “Şamaxı” 13 xalla turnir cədvəlində 8-ci, “Səbail” isə 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Turun son matçında “Neftçi” klubu “Sabah”ın qonağı olacaq. Meydan sahibi komanda 43 xalla 2-ci, “Neftçi” isə 38 xalla 3-cü sırada yer alıblar.

Qeyd edək ki, turun əvAzərbaycan Premyer Liqası: Bu gün XIX tura yekun vurulacaqvəlki oyunlarında “Kəpəz” doğma meydanda “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” səfərdə "Turan Tovuz"a 3:2, “Zirə” isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.