Sumqayıt şəhər birinciliyinə yekun vurulub 

Sumqayıt şəhər birinciliyinə yekun vurulub 

Sumqayıt Olimpiya İdman Kompleksində 21 yaşa qədər gənclər arasında Sumqayıt şəhər birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası və Sumqayıt Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışda 11 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 70 (67 oğlan, 3 qız) cüdoçu qüvvəsini sınayıb.  Yarış fevralın 22-24-də keçiriləcək 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır. Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.