Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər 

Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər 

Fransanın paytaxtı Parisdə cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib. Dünyanın 59 ölkəsindən 458 idmançının qatıldığı hazırlıq prosesində Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandasının 16 üzvü iştirak edib. Millimiz hazırlıq prosesinə performans direktoru Mark van der Ham və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılovun rəhbərliyi altında iştirak edib.

Təlim-məşq toplanışı qarşıdan gələn irimiqyaslı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.