Şahzadə məşhur tennisçini ordenlə təltif etdi

Şahzadə məşhur tennisçini ordenlə təltif etdi


Böyük Britaniya şahzadəsi Uilyam həmyerlisi Endi Marreyi Britaniya İmperiyasının ordeni ilə təltif edib.
Şotlandiyalı idmançı Bukingem sarayına rəfiqəsi Kim Sirs və valideynləri ilə təşrif buyurub. Ordenin təltif edilməsi zamanı Marrey və şahzadə Uilyam bir xeyli və səmimi söhbət ediblər. Qeyd edək ki, şahzadə və həyat yoldaşı Keyt böyük tennis həvəskarlarıdır və bu cütlüyü Uimbldonun tribunalarında mütəmadi görmək mümkündür.
Xatırladaq ki, britaniyalı tennisçi bu yüksək mükafatı hələ Uimbldon turnirindəki çoxdan gözlənilən və möhtəşəm qələbəsindən (Marrey Uimbldon turnirində 77 il ərzində qalib gələn yeganə britaniyalı titulunu alıb) xeyli əvvəl alıb. Əslində Marrey Britaniya İmperiyasının ordeninə London-2012 Olimpiya Oyunları və 2012-ci ildə keçirilən ABŞ Açıq Çempionatından sonra layiq görülüb.