Stolüstü tennisçilərimiz Türkiyəyə yola düşüblər

Stolüstü tennisçilərimiz Türkiyəyə yola düşüblər

Oktyabr ayının 23-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 2 məşqçisi və 8 oyunçusu (4 oğlan və 4 qız) Türkiyəyə yola düşüb. Belə ki, komandamızın üzvləri İstanbul şəhərində Beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.
Qeyd etmək lazımdır ki, bu tədbirdə ölkəmizin idmançılarından başqa Kosovo, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Gürcüstan tennisçiləri də iştirak edəcəklər.
Oktyabrın 28-dək davam edəcək təlim-məşq toplanışından sonra iştirakçı ölkələrin komandaları arasında dostluq turniri keçiriləcək.