Ölkə çempionatında yeni çempion

Ölkə çempionatında yeni çempion


Oktyabrın 12-18-də Bakı Tennis Akademiyasında tennis üzrə Azərbaycan çempionatı keçirilib. Qalib Adı uğrunda mübarizədə 27 kişi və 7 qadın tennisçi iştirak edib. Gərgin mübarizə şəraitində keçirilən yarışda Samir Qafarov birinci yeri tutub. Qadınların yarışında isə bu dəfə yeni ölkə çempionunun adı məlum olub. Perspektivli tennisçi Nəzrin Cəfərova ölkənin ən güclüsu adını qazanıb. O, final qarşılaşmasında beynəlxalq yarışların qalibi və iştirakçısı, dəfələrlə ölkə çempionu olan Kamilla Fərhadı məğlub edib.
Yarışın sonunda ölkə çempionatında yer tutan idmançılar mükafatlandırıblar.