Stolüstü tennisçilərimizdən 4 medal

Stolüstü tennisçilərimizdən 4 medal

Stolüstü tennis üzrə U-13 yığma komandamız Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində iştirak edib. Komandamız turniri 4 medalla başa vurublar. Yarışın ilk günlərində mübarizə aparan U-13 seçməmiz komanda turnirində gümüş mükafata sahib çıxıb. Qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız 1/4 finalda Sloveniya millisini 5:1, yarımfinalda ev sahibinin digər kollektivini 5:0 hesabı ilə üstələyib. Finalda isə Çexiya seçməsinə 1:5 hesabı ilə uduzan idmançılarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

İdmançılarımız turnirinin son günündə daha üç medal qazanıblar. Şəxsi yarışlarda Xorvatiya, Sloveniya, Serbiya və Yunanıstan idmançılarına qalib gələn U-13 millimizin üzvü Onur Quluzadə yarımfinalda almaniyalı rəqibinə 2:3 hesabı ilə uduzaraq bürünc mükafata layiq görülüb.

Yağmur Məmmədli - Xədicə Eylazova, Onur Quluzadə - Tunar Bağırov tandemi isə qoşa yarışlarda üçüncü yeri tutub.