Pəhləvanlarımız Astanada 11 medal qazandılar

Pəhləvanlarımız Astanada 11 medal qazandılar

Astanada Qazaxıstanın Olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən Azərbaycanın gənc yunan-Roma güləşçiləri 11 medala sahib çıxıblar. U-20 yığmamızın üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.

Komandamızın heyətində İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl medallara layiq görülüblər. İsmayıl Rzayev (82 kq), Əli Quliyevlə (87 kq) və Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər. Fərid Sadıxlı (55 kq), Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.