III Avropa Oyunları: Çimərlik həndbolunda ilk tur başa çatdı

III Avropa Oyunları: Çimərlik həndbolunda ilk tur başa çatdı

III Avropa Oyunlarının açılış mərasimindən əvvəl bir sıra idman yarışlarına start verilib. Belə ki, yarışlar arasından maraqla gözlənilən oyunlardan biri çimərlik həndboludur. Kişilərin yarışında A qrupunda Macarıstan millisi Portuqaliyaya, Xorvatiya seçməsi isə Almaniyaya 2:0 hesabı ilə qalib gəlib.

B qrupunda İspaniya komandası Norveç kollektivi ilə qarşılaşıb. Görüşdə norveçlilər mübarizəni üstün tamamlayıblar -0:2.

Qrupun digər görüşündə Danimarka komandası Polşa millisinə uduzub -1:2.

III Avropa Oyunları: Çimərlik həndbolunda ilk tur başa çatdı