Krakov-2023: Komandamız qrup birincisi oldu

Krakov-2023: Komandamız qrup birincisi oldu

Polşada təşkil olunan üçüncü Avropa Oyunları çərçivəsində atletika yarışları davam edir. Bu gün atletika yarışlarında mübarizə aparan Azərbaycan yığması qrup birincisi olub. Üçüncü divizionda yer alan millimiz kişilərin 4x100 metr məsafəyə estafet yarışında mübarizə aparıb.

Aleksey Əliəkbərov, Əli Abdıyev, Qədir Qurbanov və Kəsgin Abbaszadədən ibarət komandamız məsafəni 42,63 saniyəyə qət edərək B qrupunda birinci olub.

Yığmamız mövsümdə özünün ən yaxşı nəticəsinə imza atıb.

Qeyd edək ki, üçüncü Avropa Oyunları çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yarışda yığmalar üç divizionda mübarizə aparırlar.