Azərbaycan komandasının III Avropa Oyunlarındakı bayraqdarları müəyyənləşdi

Azərbaycan komandasının III Avropa Oyunlarındakı bayraqdarları müəyyənləşdi

Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub. Bu gün təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni və bayrağı Yaylagül Ramazanova (kamandan oxatma) ilə Barat Quliyev (qılıncoynatma) daşıyacaq.

Y.Ramazanova idman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. Barat Quliyev isə İslam Həmrəyliyi Oyunlarının gümüş, komanda üzrə qızıl mükafatçısıdır.

Qeyd edək ki, yarışın açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.