Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib. Krakovda yerləşən Henrik Reyman Stadionunda təşkil olunan mərasim ev sahibi Polşanın bayrağının arenanın mərkəzinə gətirilməsi ilə start götürüb. Bayraq xüsusi hazırlanmış dirəkdə təntənəli şəkildə ucaldılıb.

Daha sonra Polşa tarixinin müxtəlif dövrlərini özündə əks etdirən səhnəciklər təqdim olunub.

Ardınca mərasim bədii hissə ilə davam edib. Yerli "Qoleç Uorkestra", həmçinin, 2022-ci ildə Avroviziya musiqi müsabiqəsinin qalibi olmuş Ukraynanın "Kaluş" qrupunun ifaları səslənib.

Daha sonra meydana yarışın rəsmi maskotları Krakuşek və Salamandra Sandra dəvət olunublar. Onlar ortaq "Biz birlikdəyik!" şüarını səsləndiriblər.

Özündə Polşanın elm, mədəniyyət və ədəbiyyat sahəsində dünya şöhrətli şəxsiyyətlərinin əsərlərinin məzmununu birləşdirən bir neçə kompozisiya da açılışı izləyənlərə təqdim edilib.

Daha sonra iştirakçı ölkələrin paradı olub. Azərbaycan milli komandası da paraddan keçib. Komandamızın keçidi zamanı Azərbaycan Bayrağını qılıncoynadan Barat Quliyev və kamandan oxatan Yaylagül Ramazanova daşıyıblar.

Qeyd edək ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər 29 idman növü üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcəklər. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur

Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO Polşada III Avropa Oyunlarının açılış mərasimi keçirilib - FOTO