III Avropa Oyunları: millimizin ilk rəqibi ev sahibləri olacaq     

III Avropa Oyunları: millimizin ilk rəqibi ev sahibləri olacaq     

Polşada təşkil olunan III Avropa Oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Siyahıda qapıçılar - Elçin Qasımov, Vaqif Şirinbəyov, oyunçular - Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması ilk matçını iyunun 27-də meydan sahiblərinə qarşı keçirəcək. Komandamız bir gün sonra Portuqaliya ilə, iyunun 29-da isə İspaniya ilə üz-üzə gələcək.