III Avropa Oyunları qadın karateçilərimiz üçün başa çatdı

III Avropa Oyunları qadın karateçilərimiz üçün başa çatdı

Azərbaycanın qadın karateçiləri Fidan Teymurova və Mədinə Sadıqova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıblar.

Turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz Fidan Teymurova A qrupunda ilk döyüşündə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olub. Sonra Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gələn təmsilçimiz qrupda sonuncu görüşündə türk Serab Özçelikə uduzub.

Digər karateçimiz Mədinə Sadıqova (55 kq) turnirə məğlubiyyətlə başlayıb. Karateçimiz B qrupunda ilk görüşdə bolqarıstanlı İvet Qoranovaya məğlub olub. Yerli idmançı Mariya Kerneri üstələyən M.Sadıqova son sınağında Cennifer Varninqə (Lüksemburq) yenilib.

Beləliklə, qadın karateçilərimizin hər biri qrup mərhələsini 1 qələbə və 2 məğlubiyyətlə başa vurublar və təmsilçilərimiz turnirdə mübarizə dayandırıblar.