III Avropa Oyunları: İtaliya idmançıları ilk qızıl medalın sahibi oldular

III Avropa Oyunları: İtaliya idmançıları ilk qızıl medalın sahibi oldular

Polşada təşkil olunan III Avropa Oyunlarının ilk qızıl medalının sahibi müəyyənləşib.

Yarışın ikinci günündə sinxron üzgüçülükdə qaliblər bəlli olub. Qarışıq komanda yarışında İtaliya yığması çempion adını qazanıb. Corcio Minisini və Lukreziya Ruggiero 242,3599 xal toplayıb.

İspaniya təmsilçiləri Emma Qarsiya və Dennis-Boneu Qonzales 216,5867 xalla ikinci olub. Beatris Lennon Krass və Ranjuo Çarls Tomblinin yer aldığı Böyük Britaniya millisi 203,4916 xalla ilk üçlüyü tamamlayıblar.