Azərbaycan komandası Krakov-2023-də ilk qızıl medalını qazandı

Azərbaycan komandası Krakov-2023-də ilk qızıl medalını qazandı

Azərbaycan komandası Polşada keçirilən III Avropa Oyunlarında ilk qızıl medalını qazanıb. Komandamızın aktivinə medalı karateçimiz Tural Ağalarzadə yazdırıb. 67 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz qrup mərhələsində macarıstanlı İv Tadiss, Toni Pissino (İsveçrə) və yunanıstanlı Dionisios Xenosa qalib gələrək yarımfinala adlayıb.

Yarımfinalda polşalı Miloş Sabieçkini məğlub edən karateçimiz qızıl medal uğrunda görüşdə iştirak hüququ qazanıb. Karateçimiz həlledici görüşdə yenidən yunanıstanlı Dionisios Xenos ilə qarşılaşıb. Rəqibinə bu dəfə də heç bir şans verməyən Tural Ağalarzadə üçüncü Avropa Oyunlarının qalibi olub.