Atıcılıq üzrə Azərbaycanın yığması III Avropa Oyunlarında iştirak edib

Atıcılıq üzrə Azərbaycanın yığması III Avropa Oyunlarında iştirak edib

Polşada keçirilən III Avropa Oyunları davam edir. Bu gün yarışda iştirak edən atıcılıq üzrə Azərbaycanın yığması mübarizə aparıb. Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət qarışıq cütlük 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb. Təmsilçilərimiz üç cəhdin cəmində 572 xal toplayıblar. Azərbaycan yığması komanda hesabında 28 iştirakçı arasında 17-ci olub. Burada ilk dörd yerin sahibi final mərhələsinə yüksəlib.